DÜNYA


Yaponiya mübahisəli adalar ətrafında tədqiqatlara görə Cənubi Koreyaya etirazını bildirib

Tokio, 19 avqust, AZƏRTAC

Yaponiya hökuməti Yapon dənizindəki mübahisəli Takeşima adaları ətrafında tədqiqatlar aparılmasına görə Cənubi Koreyaya etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Qeyd edilir ki, Yaponiya Sahil Mühafizəsi Xidmətinin gəmisi həmin adalar ətrafında dənizin dibinə kabel yerləşdirən Cənubi Koreya tədqiqat gəmisini müşahidə edib. Bununla əlaqədar rəsmi Tokio diplomatik kanallar vasitəsilə Seula etirazını bildirib.

“Yaponiyanın məxsusi iqtisadi zonasında bizim razılığımız olmadan elmi tədqiqat işlərinin aparılmasını yolverilməz hesab edirik və buna görə də işin dayandırılmasını tələb edirik”, - deyə Yaponiya XİN-in Asiya və Okeaniya departamentinin direktoru Takehiro Funakoşi bildirib.

Qeyd edək ki, Takeşima adaları Koreya yarımadasının şərqində yerləşir və ümumilikdə 0,188 kvadratkilometr sahəyə malikdir. Bu adalar 1945-ci ildə Koreya Yaponiya işğalından azad edildikdən sonra beynəlxalq mübahisə obyektinə çevrilib. Hazırda adalar Cənubi Koreya silahlı qüvvələrinin nəzarəti altındadır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.