DÜNYA


Yaponiya özünümüdafiə qüvvələrinin patrul təyyarələri Yaxın Şərqdəki missiyasının icrasına başlayıb

Tokio, 22 yanvar, AZƏRTAC

Yaponiya özünümüdafiə qüvvələrinin aviabölməsi Yaxın Şərqdə gərginliyin davam etməsi fonunda kəşfiyyat xarakterli informasiyaların toplanması ilə əlaqədar missiyanın icrasına başlayıb.

AZƏRTAC Yaponiya Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, yanvarın 22-də Cibutidən səmaya qalxan iki patrul təyyarəsi Afrikanın şərqindəki Ədən körfəzinin hava məkanında uçuşlar həyata keçirib. Özünümüdafiə qüvvələrinin aviabölməsi yanvarın 11-də həmin missiyanı icra etmək üçün Yaponiyanı tərk edib. Təyyarələrin vəzifəsi həmin ərazidə Yaponiyaya məxsus ticarət gəmilərinin təhlükəsizliyini təmin etməkdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.