DÜNYA


Yaponiya parlamenti Aİ ilə iqtisadi tərəfdaşlıq barədə razılaşmanı ratifikasiya edib

Tokio, 8 dekabr, AZƏRTAC 

Yaponiya parlamentinin yuxarı palatası Avropa İttifaqı (Aİ) ilə iqtisadi tərəfdaşlıq barədə razılaşmanı ratifikasiya edib.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, razılaşmanın Aİ tərəfindən ratifikasiyasının dekabrın 20-dək başa çatacağı təqdirdə sənəd gələn il fevralın 1-də qüvvəyə minəcək.

İqtisadi tərəfdaşlıq barədə bu razılaşmanın reallaşması nəticəsində dünyanın Ümumi Daxili Məhsulunun üçdə birini özündə birləşdirən çox böyük azad ticarət zonası yaranacaq.

Aİ və Yaponiya tərəfindən ratifikasiya edilən razılaşmanın ABŞ-ın paternalizm siyasətinə qarşı yönəldiyi bildirilir.

Razılaşmanın həyata keçirilməsi yapon istehlakçılara daha ucuz kənd təsərrüfatı məhsulları, hər şeydən əvvəl pendir, şərab, ət kimi məhsullar gətirsə də, yerli kənd təsərrüfatı ilə rəqabəti də kəskinləşdirəcək.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.