DÜNYA


Yaponiya parlamenti əcnəbi işçilərin sayının artırılması haqqında qanun layihəsini müzakirə edir

Tokio, 7 dekabr, AZƏRTAC 

Parlamentin cari sessiyasının başa çatmaqda olduğu son günlərdə Yaponiyanın müxalif və iqtidar partiyaları arasında ölkəyə gələn əcnəbi işçilərin sayının artırılması haqqında qanun layihəsi geniş müzakirələrə səbəb olub.

AZƏRTAC xəbər verir ki, hakim koalisiya həmin qanun layihəsini yuxarı palatanın cümə günü keçiriləcək plenar sessiyasında səsverməyə çıxarılanadək müvafiq komitədən keçirməyə çalışır.

Dekabrın 6-da qanun layihəsi yuxarı palatanın Baş nazir Şinzo Abenin də qatıldığı komitə iclasında müzakirə edilib. Deputatları bu qanun layihəsini dəstəkləməyə çağıran Ş.Abe parlamentə əcnəbi işçilərin sayının artırılmasını nəzərdə tutan proqram barədə daha ətraflı informasiya veriləcəyini vəd edib. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, onun gələn ilin aprelində qüvvəyə minəcəyi gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.