DÜNYA


Yaponiya parlamenti virus əleyhinə qanunlara əlavə və dəyişiklikləri qəbul edib

Yaponiya parlamenti virus əleyhinə qanunlara əlavə və dəyişiklikləri qəbul edib

Tokio, 3 fevral, AZƏRTAC

Yaponiya parlamenti məmurlara koronavirusla mübarizə zamanı mövcud qaydaları pozanları cəzalandırmaq imkanı verən qanunları qəbul edib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin əlavə və dəyişikliklər ölkənin koronavirusun üçüncü dalğası ilə gərgin mübarizə apardığı dövrdə qəbul edilib. Bundan sonra məmurlar virus əleyhinə qaydaları pozan vətəndaşlara və ya müəssisələrə qarşı cəzalar tətbiq edə biləcəklər.

Bildirilir ki, yeni qanunlar ilk növbədə koronavirusa yoluxan, lakin xəstəxanada yerləşərək müalicə almaq istəməyən insanlara tətbiq olunacaq. Səhiyyə orqanlarının əməkdaşlarını aldadan, yaxud onların suallarını cavablandırmaqdan imtina edən şəxslər də bundan sonra cəzalandırılacaqlar. Eyni zamanda, mövcud qaydalara əməl etməkdən imtina edən müəssisələr də cərimələnəcəklər.

Bununla yanaşı, yeni qanunlara görə hökumət koronavirus pandemiyası nəticəsində zərər çəkmiş müəssisələrə yardım göstərməlidir.

Həmin qanunlara edilmiş əlavə və dəyişikliklərin on gün sonra qüvvəyə minəcəyi bildirilir.

Məsələni şərh edən Baş nazir Yoşihide Suqa deyib: “Əlavə və dəyişikliklər bizə qaydalara əməl edənlərə dəstək vermək, onları pozanları isə cəzalandırmaq imkanı verəcək. Biz dəyişikliklərdən, fiziki və hüquqi şəxslərin hüquqlarına daha diqqətlə yanaşaraq, infeksiyanın yayılmasının qarşısını almaq üçün istifadə edəcəyik”.

Xatırladaq ki, bir gün əvvəl Yaponiya hökuməti 10 prefekturada fövqəladə vəziyyət rejiminin martın 7-dək uzadılması barədə qərar qəbul edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.