DÜNYA


Yaponiya parlamentinin yuxarı palatasına seçkilər iyulun 21-də keçiriləcək

Tokio, 26 iyun, AZƏRTAC

Yaponiya parlamentinin yuxarı - müşavirlər palatasına seçkilər iyulun 21-də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar hökumətin iyunun 26-da keçirilən iclasında qəbul edilib və onun rəsmi saytında yerləşdirilib. Bildirilir ki, namizədlərin qeydiyyatına iyulun 4-də başlanacaq. Bu, müxalifət qüvvələrinə son hazırlıqlar üçün ən az vaxt verir.

Bu ərəfədə Yaponiyada Baş Nazir Şinzo Abenin yuxarı palataya seçkilərlə yanaşı, hökumət başçısının seçilməsində və dövlət büdcəsini qəbul edilməsində prioritet rol oynayan aşağı palataya da növbədənkənar seçkilər keçirəcəyi barədə şayiələr gəzirdi. Lakin kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, Baş Nazir son anda bu plandan imtina edib.

Hazırda hakim Liberal Demokratik Partiyası və onun müttəfiqləri Yaponiya parlamentinin hər iki palatasında mütləq üstünlüyə malikdirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.