DÜNYA
Yaponiya paytaxtında 29-cu Tokio Beynəlxalq Film festivalı başlayıb
Tokio, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Yaponiyanın paytaxtında çoxsaylı yerli sənətkarların və xarici qonaqların qatıldığı 29-cu Tokio Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.
Yaponiyanın Baş naziri Şinzo Abenin də qatıldığı festival məşhur Ropponqi rayonunda tanınmış aktyorların, aktrisaların və rejissorların qırmızı xalça üzərində keçidi ilə başlayıb.
Festivalda 1500-dən çox ekran əsəri arasından seçilmiş 15 film əsas mükafat uğrunda mübarizə aparacaq. Onların arasında iki yapon filmi – Dayqo Matsuinin “Yapon qızlar heç vaxt ölmürlər” və Kiki Suqinonun özünün baş rolu ifa etdiyi “Qar qadın” filmləri də var.
Qaliblər noyabrın 3-də festivalın bağlanış günü elan olunacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio