DÜNYA


Yaponiya polisi yüksək hazırlıq vəziyyətinə gətirilib

Tokio, 28 avqust, AZƏRTAC 

Yaponiya polisi parçalanmış mütəşəkkil cinayətkar qrupun üzvləri arasında baş verə biləcək toqquşmaya görə yüksək hazırlıq vəziyyətinə gətirilib. NHK telekanalının yaydığı məlumata görə, avqustun 27-də Yaponiyanın mütəşəkkil cinayətkar qrupu olan Yamaquçi-quminin parçalanmasından iki il ötür.

2015-ci ildə Yaponiyanın bu ən böyük mütəşəkkil cinayətkar sindikatının bir hissəsi əsas heyətdən ayrılaraq Kobe Yamaquçi-qumi qrupunu yaradıb.

Yaponiya Milli Polis İdarəsinin bildirdiyinə görə, ötən müddətdə həmin qruplar arasında 97 qarşıdurma baş verib.

Hakimiyyət orqanlarının həmin cinayətkar qrupların gəlir mənbələrini azaltmaq məqsədilə atdığı addımlar onlar arasında qarşıdurmanı daha da kəskinləşdirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.