SİYASƏT


Yaponiya portalı 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi barədə məlumatlar yayıb

Tokio, 1 oktyabr, AZƏRTAC

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalaması barədə məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda yapon izləyicilərə ulu öndər Heydər Əliyevin ölkəmizin tarixində oynadığı böyük və əvəzedilməz rol barədə ətraflı məlumat verilir. Sərəncama istinadla qeyd edilir ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olacaq. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən gələn il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.