SİYASƏT


Yaponiya portalı Prezident İlham Əliyevin Basqal qəsəbəsində səsləndirdiyi bəyanat barədə məlumatlar yayıb

Tokio, 14 avqust, AZƏRTAC

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri və burada Azərbaycan Televiziyasına verdiyi müsahibənin əsas məqamlarını əks etdirən məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, yapon və ingilis dillərində yayılan məlumatlarda Prezident İlham Əliyevin bu yaxınlarda Ermənistan tərəfinin növbəti dəfə silahlı təxribata əl atması və bu təxribat nəticəsində bir hərbçimizin şəhid olmasına toxunduğu qeyd edilib. Həmçinin Prezidentin Azərbaycan Ordusunun dərhal “Qisas” əməliyyatı keçirərək qarşı tərəfi ciddi cəzalandırdığını, şəhidimizin qanının yerdə qalmadığını hər kəs gördüyünü vurğuladığı əksini tapıb.

Azərbaycanın dövlət başçısının qarşı tərəfə ciddi xəbərdarlıq etdiyi də məlumatlarda qeyd edilib: “Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik”.

Yaponiya ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev bir daha Ermənistanı yeni reallıqları qəbul etməyə və hərbi təxribatlara son qoymağa çağırıb.

Materiallarda dövlətimizin başçısının qonşu ölkələrlə əlaqələrə verilən önəm, həyata keçirilən yeni layihələr, Azərbaycanın dünyada qazandığı hörmətlə bağlı səsləndirdiyi fikirləri də əksini tapıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.