DÜNYA


Yaponiya qırıcıları Rusiya təyyarələrini müşayiət etmək üçün havaya qalxıblar

Tokio, 19 oktyabr, AZƏRTAC 

Yaponiya özünümüdafiə hərbi-hava qüvvələrinin qırıcıları oktyabrın 18-də ölkənin hava məkanına yaxınlaşan Rusiyaya məxsus, sualtı qayıqlara qarşı istifadə edilən İl-38 təyyarələrini müşayiət etmək üçün səmaya qalxıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Silahlı Qüvvələrinin birləşmiş qərargahı məlumat yayıb.

Təyyarələr Yapon dənizində Yaponiya sahilləri boyunca uçuş həyata keçiriblər. Rusiya təyyarələrinin Yaponiyanın hava məkanını pozmadığı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.