DÜNYA


Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Tokio, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Yaponiya sahillərində, paytaxt Tokiodan təqribən 580 kilometr məsafədə 5,7 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla gecə saat 3:05 dəqiqədə qeydə alınan yeraltı təkanların ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.