DÜNYA


Yaponiya sahillərində batırılan ABŞ sualtı qayığı 75 ildən sonra tapılıb

Tokio, 11 noyabr, AZƏRTAC

ABŞ alimlərindən ibarət tədqiqatçı qrup Yaponiyanın cənub sahillərində 75 il bundan əvvəl itmiş sualtı qayıq aşkar ediblər.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, LOST-52 qrupu ABŞ-a məxsus sualtı qayığı Okinava prefekturasının əsas adasından cənub-qərb istiqamətində 435 metr məsafədə tapıb. 1944-cü ildə “USS Grayback” adlı sualtı qayıq Yaponiya yaxınlığında olarkən onunla əlaqənin kəsildiyi qeyd olunur. Tədqiqatçı qrupunun təqdim etdiyi videoda qayığın adının əks olunduğu plastik lövhə, həmçinin gövdə və vint aydın görünür.

Qrupun bildirdiyinə görə, sualtı qayıq 1944-cü il fevralın 26-da yapon bombardmançı təyyarələri tərəfindən batırılıb. Qayığın göyərtəsində 80 nəfər olub. “USS Grayback” sualtı qayığı II Dünya müharibəsi vaxtı çoxlu sayda yapon gəmilərini, o cümlədən göyərtəsində 600 nəfər mülki vətəndaş olan “Konan-Maru” gəmisini batırması ilə məşhur idi.

Bildirilib ki, bu tapıntı tarix barədə yeni müzakirələrlə yanaşı, müharibədə həlak olanların xatirəsinin anılması baxımından da əhəmiyyətlidir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.