SİYASƏT


Yaponiya saytı Azərbaycan Prezidentinin “Suqovuşan” elektrik stansiyalarının açılışında iştirakı barədə məlumat yayıb

Tokio, 6 oktyabr, AZƏRTAC

Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Tərtərdə "Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışında iştirakı barədə məlumat yayıb.

Məlumatda AZƏRTAC-a istinadla Ermənistan ordusunun işğalından azad edilmiş ərazilərdə bu stansiyaların fəaliyyətinin əhəmiyyətindən bəhs olunur.

Bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il oktyabrın 3-də işğaldan azad etdiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki su elektrik stansiyalarının ümumi gücü 7,8 meqavatdır. Erməni qəsbkarları döyüşlər zamanı “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb aparıblar. Həmçinin döyüşlər zamanı bu elektrik stansiyalarına ciddi ziyan dəyib və nəticədə onlar tamamilə yararsız vəziyyətə düşüb.

Qeyd edilir ki, su elektrik stansiyaları ilə tanış olan Prezident İlham Əliyevə hər iki stansiyanın əsaslı şəkildə yenidən qurulması barədə məlumat verilib. Bildirilib ki, su elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.