SİYASƏT
Yaponiya saytı Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Zəngəzur dəhlizinin təməlinin qoyulmasından yazıb
Tokio, 27 oktyabr, AZƏRTAC
Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Zəngəzur dəhlizinin təməlinin qoyulması barədə xəbər yayıb.
AZƏRTAC xəbər verir ki, yapon və ingilis dillərində yayımlanan xəbərdə Azərbaycan və Türkiyə prezidentlərinin əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə tanış olduqları bildirilib. Dövlət başçılarına görüləcək işlər barədə ətraflı məlumat verildiyi diqqətə çatdırılıb. Yolun 2023-cü ildə tam başa satacağı qeyd edilib.
Sonra Azərbaycan və Türkiyə prezidentlərinin Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyduqları vurğulanıb.
Xəbərə AZƏRTAC-ın səfər barədə videosu da əlavə edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio