ELM VƏ TƏHSİL


Yaponiya saytı Kumon öyrənmə metodunun Azərbaycanda tətbiqi barədə məlumat yayıb

Tokio, 29 sentyabr, AZƏRTAC

Yaponiyanın “ovo.kyodo.co.jp” saytı Kumon öyrənmə metodunun Azərbaycanda pilot layihə olaraq tətbiqi barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, yapon dilində yayılan məlumatda Yaponiyanın Kumon öyrənmə metodunun Bakı şəhərində yerləşən “Zirvə” liseyində tətbiqi barədə razılaşma əldə olunduğu qeyd edilib. Bildirilib ki, ibtidai siniflərdə riyaziyyatın öyrənilməsinə yardım edən metod 400 şagirdin həmin fənni mənimsəməsinə kömək göstərəcək. Bu layihənin Qafqazda ilk dəfə Azərbaycanda reallaşdırılacağı xüsusi qeyd edilib. Layihənin cari ilin sentyabrından 2023-cü ilin mayınadək tablet vasitəsilə hesab və riyaziyyat fənlərinin tədrisinə və rəqəmsal təhsilin təşviqinə xidmət edəcəyi bildirilib.

Məlumatda layihə ilə bağlı Yaponiyanın Azərbaycandakı səfiri Cüniçi Vadanın sözləri də sitat kimi qeyd edilib: “Bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Düşünürəm ki, bu layihə azərbaycanlı uşaqların akademik biliklər əldə etməsinə mühüm təsir göstərəcək. Eyni zamanda, iki dost ölkə arasında təhsil sahəsində əməkdaşlığa töhfələr verəcək”.

Qeyd edək ki, Kumon öyrənmə metodu Yaponiyada 60 illik tarixə malikdir və bu metod hazırda dünyanın 60-dək ölkəsində tətbiq edilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.