İDMAN


Yaponiya saytı Şika məktəblilərinin Azərbaycan paralimpiyaçıları ilə onlayn görüşü barədə məlumat yayıb

Tokio, 5 oktyabr, AZƏRTAC

Yaponiya “chunichi.co.jp” saytında Şika şəhər məktəblilərinin Azərbaycan paralimpiyaçıları ilə onlayn görüşü barədə məlumat yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 4-də keçirilən “Təslim olma!” adlı onlayn görüşdə Yaponiya tərəfindən Şika şəhərinin meri Masaru Koizumi və orta məktəbin şagirdləri, Azərbaycan tərəfdən isə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Şikada “Host town” proqramına qatıldıqdan sonra “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticələr göstərən paralimpiyaçılarımız iştirak ediblər.

Qeyd edilib ki, Şika şəhər sakinləri azərbaycanlı idmançıların məşqləri üçün şərait yaratmaqla yanaşı, hazırladıqları xüsusi proqramla onlara dəstək də veriblər. Şəhər sakinlərinin hazırladığı dəstək çarxı Yaponiyanın “NHK Sports” telekanalında da nümayiş etdirilib.

Əvvəlcə məktəblilər görüşün iştirakçısı olan üçqat Paralimpiya çempionu Roman Saleyi, Paralimpiya rekordunu təzələyərək qızıl medal qazanan Vəli İsrafilovu və Dana Şandibinanı salamlayıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yarışlara hazırlıq zamanı yaradılmış şəraitə və göstərilən dəstəyə görə şəhər sakinlərinə və xüsusən də Şika şəhərinin merinə minnətdarlığını bildirib.

Şika şəhərinin meri Masaru Koizumi isə Azərbaycan idmançılarını uğurlu nəticələrə görə təbrik edib, yaxın vaxtlarda görüşmək və gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparmaq niyyətində olduğunu söyləyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.