CƏMİYYƏT


Yaponiya səfiri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ilə tanış olub

Bakı, 30 oktyabr, AZƏRTAC

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və səfirliyin nümayəndələri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ilə tanış olublar.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, qurumun İdarə Heyətinin sədri Etibar Abbasov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun ətraf mühitə mənfi təsirlərin azaldılmasındakı rolu barədə məlumat verib. Bildirilib ki, 4-cü nəsil texnologiya ilə inşa edilən zavod Şərqi Avropada bu tipli ən müasir zavodlardandır. Müəssisə il ərzində 500 min ton bərk məişət və 10 min ton tibbi tullantını utilizasiya etmək, 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə olunan enerji ilə 200 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Sonra qonaqlar zavodun fəaliyyəti ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.