Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Yaponiya səkkiz il əvvəl baş vermiş təbii fəlakətin nəticələrini necə aradan qaldırır?

Tokio, 11 mart, AZƏRTAC 

2011-ci il martın 11-də baş vermiş təbii fəlakətin və atom qəzasının ildönümü ilə əlaqədar bu gün bütün Yaponiya ərazisində müxtəlif tədbirlər keçirilir. Xatırladaq ki, səkkiz il bundan əvvəl yerli vaxtla saat 14:46 dəqiqədə Miyaqi prefekturasının sahillərində 9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində yaranan təqribən 10 metr hündürlüyündə sunami dalğaları sahil rayonlarını vurub və nəticədə “Fukusima-1” atom elektrik stansiyasında (AES) qorxunc atom qəzası yaşanıb.

AZƏRTAC Yaponiya Polis İdarəsinə istinadla xəbər verir ki, cari il martın 8-dək olan məlumata görə, faciə nəticəsində 15 min 987 nəfər həlak olub, 2533 nəfər isə itkin düşmüş hesab edilir. Təxliyə ilə əlaqədar səhhətində problemlər yaranan insanlar da nəzərə alınmaqla, təbii fəlakət nəticəsində azı 22 min 131 nəfərin həyatını itirdiyi bildirilir.

Həmçinin sahilboyu ərazilərdən yüz minlərlə insan təxliyə edilib. Faciədən səkkiz il keçməsinə baxmayaraq, hələ də 51 min 778 nəfər müvəqqəti tikililərdə yaşayır. Hökumət bu insanların normal yaşayış yerlərinə köçürülməsini 2022-ci ilədək yekunlaşdırmağı planlaşdırır.

Zəlzələ və sunami Miyaqi, İvate və Fukuşima prefekturalarının bütün sahilboyu zonasını sıradan çıxarıb, şəhərləri və kəndləri demək olar ki, yerlə bir edib. Yapon alimlərin bu ərazilərdə belə güclü zəlzələnin tezliklə təkrar olunmayacağı barədə proqnozlarına baxmayaraq, hökumət və yerli orqanlar sahil ərazilərində torpaqtökmə işlərinə, dalğaların qarşısını kəsə biləcək hasarların və digər infrastrukturların inşasına xüsusi diqqətlə yanaşırlar.

Mərkəzi hökumətin yerli infrastrukturu bərpa etmək, həmin prefekturalarda həyatı əvvəlki normal axarına qaytarmaq cəhdləri hələlik lazımi nəticəni vermir. Həmin yerlərin keçmiş sakinləri doğma evlərinə qayıtmağa tələsmirlər. NHK telekanalının apardığı hesablamalara əsasən, əhalinin ən çox tərk etdiyi yaşayış məntəqələri Miyaqi prefekturasının Onaqava və Minamisanriku şəhərləridir. Burada əhalinin sayı sunamidən əvvəlki dövrlə müqayisədə müvafiq olaraq 40 faiz və 34 faiz azalıb.

Telekanalın apardığı sosial sorğunun nəticələrinə görə, bu ərazilərdə yaşayan insanların 63 faizi bərpa işlərinin tam sürətlə aparılmadığını bildirib. Yerli əhalini ən çox iqtisadiyyatın vəziyyəti, biznesin inkişafı üçün heç bir şəraitin olmaması narahat edir. Məhz bu amillər əhalinin sürətlə azalmasına, gənclərin daha böyük şəhərlərə üz tutmasına səbəb olur.

Fəlakət regionunda aparılan bərpa işlərinin hazırkı vəziyyətinə toxunan Baş nazir Şinzo Abe deyib: “Zərərçəkmiş rayonlar son səkkiz ildə çoxsaylı problemlərlə qarşılaşsa da, bərpa işləri davam etdirilir. Biz yeni avtomobil və dəmir yollarının açılmasını öz gözlərimizlə görə bilərik”. Fəlakətin növbəti ildönümü ərəfəsində hökumət İvate prefekturasında Kamaişi şəhəri ilə aeroportun yerləşdiyi Hanamaki yaşayış məntəqəsi arasında 80 kilometrlik yeni sürətli magistralın açılışını nəzərdə tutur.

Bununla yanaşı, hökumət şimal-şərq rayonlarında böyük idman yarışlarının təşkilinə xüsusi diqqət yetirir və turistlərin bu yerlərə cəlb edilməsinə çalışır. Belə ki, cari ilin sentyabrında reqbi üzrə dünya çempionatı oyunlarının bir qismi məhz Kamaişi şəhərində keçiriləcək. Yeni sürətli yol da idmançıların və tamaşaçıların hərəkətini asanlaşdırmaq məqsədi daşıyır.

2020-ci ildə Tokio Olimpiya və Paralimpiya Oyunları zamanı təşkil ediləcək yarışlar da fəlakət zonasından yan keçməyəcək. Belə ki, Olimpiya məşəlinin məhz martın 11-də yandırılması nəzərdə tutulur. Bundan sonra məşəlin martın 20-də Yaponiyaya gətirilməsi, martın 26-da isə Olimpiya alovu estafetinin Fukuşimadan başlanması planlaşdırılır. Eyni zamanda, Olimpiya oyunlarını proqramına ilk dəfə daxil edilən beysbol və softbol yarışları da Fukuşimada keçiriləcək.

Bütün bunlarla yanaşı, “Fukusima-1” AES-də baş vermiş atom qəzasının nəticələrinin aradan qaldırılması Yaponiya hökumətinin ən mühüm vəzifəsi olaraq qalır. Ayrı-ayrı işlərin icrası ilə bağlı cədvəldə tez-tez dəyişikliklər edilir. Xəbər verdiyimiz kimi, AES-in 3-cü reaktorunda işlənmiş nüvə yanacağının çıxarılması ilə bağlı işlər aprelin sonunadək təxirə salınıb. AES-in operatoru olan “Tokyo Electric Power Co.” şirkəti avadanlıqla əlaqədar yaranan problemlər səbəbindən buradakı 566 yanacaq milinin bütünlükdə çıxarılmasına ən tezi yayda başlamaq məcburiyyətində qalıb. Halbuki ilkin variantda bu işlərin dörd il əvvəl həyata keçirilməsi planlaşdırılırdı.

Ümumiyyətlə, elektrik enerjisi şirkətinin mütəxəssisləri “Fukusima-1” AES-in sökülməsi üçün 8 trilyon yen (təqribən 75 milyard dollar) vəsait lazım olduğunu bildirsələr də, bu məbləğin artacağı gözlənilir. AES-in tam sökülməsinə gəlincə isə, bunun 30-40 il vaxt tələb etdiyi bildirilir.

Göründüyü kimi, Yaponiya hökumətinin və yerli strukturların səylərinə baxmayaraq, 2011-ci il martın 11-də baş vermiş təbii fəlakətin və atom qəzasının nəticələrinin nə vaxt tam aradan qaldırılacağını söyləmək çox çətindir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib