DÜNYA
Yaponiya şirkətləri ABŞ ilə Çin arasında ticari gərginlik fonunda təchizat kanallarını dəyişir
Tokio, 25 sentyabr, AZƏRTAC
Yaponiya şirkətləri ABŞ ilə Çin arasında artmaqda davam edən ticari gərginlik fonunda təchizat kanallarını dəyişir.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, “Yamaha Motor” şirkəti ABŞ-ın Çin məhsullarına ötən həftə tətbiq etdiyi böyük rüsumlar fonunda qolf oyunçuları üçün nəzərdə tutulan avtomobillərin Çində istehsal edilən mühərriklərinin ABŞ-dakı zavodlarda yığılmasına başlayıb.
Məşhur “Komatsu” şirkəti isə ehtiyat hissələrinin istehsalının bir hissəsini avqustda Çindən Yaponiyaya və Meksikaya köçürüb.
Bununla yanaşı, “Toyota”, “Nissan”, “Honda” və “Mazda” kimi ABŞ-da və Çində zavodları olan şirkətlər də vəziyyətə çox həssas yanaşırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio