DÜNYA


Yaponiya şirkətləri Böyük Britaniya ilə bağlı planlarına yenidən baxırlar

Tokio, 13 aprel, AZƏRTAC 

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət bu ölkədə fəaliyyət göstərən Yaponiya şirkətlərini müvafiq tədbirlər görməyə vadar edir.

AZƏRTAC xəbər verir ki, bu barədə araşdırmalarını açıqlayan Yaponiyanın “Teikoku Data Bank” tədqiqatlar şirkəti Brexitin razılaşmasız başa çatacağı təqdirdə yarana biləcək vəziyyətdə bu şirkətlərin təhlükəsizliklərini təmin etmək üçün addımlar atdıqlarını bildirir.

Araşdırmaların nəticəsi olaraq qeyd edilir ki, Böyük Britaniyada fəaliyyət göstərən 82 yapon şirkəti artıq 2016-cı ildə burada öz biznesini bağlayıb. Nəticədə eniş 6 faiz təşkil edib.

Hazırda Yaponiya şirkətlərinin əksəriyyəti Avropadakı güclərini Böyük Britaniyadan Fransaya və ya Almaniyaya köçürmək imkanlarını araşdırır.

Tədqiqatların nəticələrinə görə, Brexitin razılaşma olmadan baş tutacağı riski davam etdikcə yapon biznesinin Böyük Britaniyanı tərk edəcəyi də davam edəcək. Böyük və tanınmış şirkətlərin bir çoxu Böyük Britaniyada öz biznes planlarına yenidən baxacaqlarını artıq bəyan ediblər. Məsələn, “Honda” avtomobil istehsalı şirkəti buradakı zavodunu 2021-ci ilin sonunadək bağlayacağını bildirib. “Nissan” şirkəti də özünün yeni idman avtomobillərinin Böyük Britaniyada istehsalı barədə planını ləğv etdiyini elan edib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.