MƏDƏNİYYƏT


Yaponiya televiziyası “Sanço çərpələngləri”nin Azərbaycan səmasında nümayişi barədə xüsusi süjet yayıb VİDEO

Tokio, 18 avqust, AZƏRTAC

Yaponiyanın “Ux Tv” televiziyası Niiqata prefekturasının “Sanço çərpələngləri”nin Azərbaycan səmasında nümayişi barədə xüsusi süjet yayıb.

AZƏRTAC xəbər verir ki, süjetdə Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində təşkil edilən nümayişin yerli sakinlər tərəfindən böyük maraqla qarşılandığı xüsusi vurğulanır. Bildirilir ki, tədbir Yaponiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub.

Qeyd edilir ki, “Sanco altıbucaqlısı” adı ilə tanınan çərpələnglər əvvəllər dəfələrlə xarici ölkələrdə nümayiş etdirilsə də, koronavirus pandemiyasına görə son 3 ildə ilk dəfə Xəzər dənizinin sahilində yerləşən Azərbaycanda təqdim olunub.

Süjetdə “Sanço Çərpələngləri Assosiasiya”nın sədri Sudo Keniçinin Azərbaycan haqda təəssüratlarına da yer verilib: “Çərpələnglər döyüşü layihəsini biz ilk dəfə Azərbaycanda nümayiş etdirdik. Layihə iştirakçılar və tamaşaçılar tərəfindən böyük maraq və sevinclə qarşılandı. Bu layihə ilə biz bütün dünyaya sülh niyyətimizi çatdırmağa, arzuların insanları daha mübariz olmağa və yüksək zirvələr fəth etməyə ruhlandırdığını nümayiş etdirməyə çalışdıq.

Azərbaycana gəlincə isə, bu ölkə müasir inkişafı və gözəl təbiəti ilə buraya gələnləri heyran edir. Həmçinin qonaqpərvər insanları və ləziz mətbəxi bizi buraya gələcəkdə də səfər etməyə ruhlandırır”.

Süjetdə qeyd edilir ki, altıbucaq formasında olan “Sanco çərpələngləri” bütün dünyada həvəskarlar arasında “Sanjo Rokkoku” (“Sanco altıbucaqlısı”) adı ilə tanınıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.