DÜNYA


Yaponiya və ABŞ birgə hərbi təlimlərə başlayıblar

Tokio, 31 oktyabr, AZƏRTAC 

Oktyabrın 31-də Yaponiya və ABŞ silahlı qüvvələri “Keen Sword” genişmiqyaslı hərbi təlimlərə başlayıblar.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, noyabrın 8-dək davam edəcək təlimlərdə ordunun müxtəlif bölmələri, hərbi-dəniz qüvvələrinin aviasiyası və gəmiləri iştirak edirlər. Belə təlimlər iki ildə bir dəfə keçirilir. Bu il təşkil edilən təlimlərə təqribən 47 min yapon və 9,5 min ABŞ hərbçisi cəlb olunub.

ABŞ-ın Yaponiyadakı kontingentinin komandanı general Cerri Martinesin təlimlərlə bağlı bəyanatında deyilir: “Keen Sword” təlimləri iki ölkənin ordusunun Yaponiyanın müdafiəsi və regionda sabitlik üçün zəruri olan hərbi-hava, dəniz və amfibiya bacarıqlarını yoxlamağa imkan yaradır”.

Təlimlərin birinci günü Hönşü adasının şimalında yerləşən Misava hərbi bazasında axtarış-xilasetmə əməliyyatları zamanı birgə fəaliyyət məşqləri keçiriləcək. Sonrakı günlərdə desant əməliyyatlarının və hava döyüşü təlimlərinin keçiriləcəyi planlaşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.