DÜNYA


Yaponiya və ABŞ-ın xarici işlər və müdafiə nazirləri Vaşinqtonda “2+2” formatında görüşəcəklər

Tokio, 16 aprel, AZƏRTAC

Yaponiyanın xarici işlər naziri Taro Kono və müdafiə naziri Takeşi İvaya cari həftə Vaşinqtona səfər edərək burada aprelin 19-da ABŞ-dan olan həmkarları dövlət katibi Maykl Pompeo və müdafiə nazirlərinin vəzifəsini icra edən Patrik Şanahanla görüşəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən agentliyin Yaponiya bürosuna daxil olan məlumatda bildirilir.

Bu ərəfədə Tokioda keçirilən mətbuat konfransında T.İvaya qeyd edib ki, Yaponiya ABŞ-ın müdafiə siyasətini dəstəkləyir və qarşıdakı diskussiya zamanı əməkdaşlığın genişləndiriləcəyi barədə müzakirələr aparılacağına əmindir. Xüsusən də söhbət, kosmosda qarşılıqlı fəaliyyətin genişləndirilməsi və kiberhücumlara qarşı birgə mübarizədən gedir. Bundan əlavə, nazirin sözlərinə görə, tərəflər ötən həftə qəzaya uğrayan Yaponiya özünümüdafiə qüvvələrinə məxsus yeni, beşinci nəsil F-35A qırıcısı ilə bağlı müzakirələr də aparcaqlar.

Müzakirələrin nəticəsi olaraq, birgə mətbuat konfransının keçiriləcəyi və sənədələrin imzalanacağı da bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.