DÜNYA


Yaponiya və ABŞ liderləri Yaxın Şərq və KXDR məsələlərini müzakirə edəcəklər

Tokio, 26 iyun, AZƏRTAC

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp G20 ölkələrinin liderlərinin Osakada keçiriləcək sammiti çərçivəsində Yaxın Şərqdə vəziyyət və Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bağlı mövzuları müzakirə etməyi planlaşdırırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən məlumat verib.

“Osaka sammiti çərçivəsində keçiriləcək görüş zamanı tərəflər ABŞ-Yaponiya ittifaqının sarsılmazlığını bir daha təsdiq edəcək, həmçinin KXDR və Yaxın Şərqdə vəziyyətlə bağlı məsələlər ətrafında müzakirələr aparacaqlar”, - deyə mənbə bildirib.

Xatırladaq ki, bu, Ş.Abe ilə D.Trampın son bir neçə ayda sayca üçüncü görüşü olacaq. Belə ki, Baş nazir apreldə ABŞ-a gedib, Prezident D.Tramp isə mayda Tokioya cavab səfərinə gəlib.

G20 sammiti tarixdə sayca 14-cü və Yaponiyada təşkil edilən ilk tədbir olacaq. Forum iyunun 28-29-da Osaka körfəzindəki Sakişima adasında yerləşən “INTEX Osaka” beynəlxalq sərgi salonunda təşkil ediləcək. Sammitin təqribən 7 min jurnalist tərəfindən işıqlandırılacağı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.