DÜNYA


Yaponiya və ABŞ nüvə silahının olmadığı dünya qurmaq üçün birlikdə çalışacaqlar

Yaponiya və ABŞ nüvə silahının olmadığı dünya qurmaq üçün birlikdə çalışacaqlar

Tokio, 27 mart, AZƏRTAC

Yaponiyanın Baş naziri Fumio Kişida və ABŞ-ın bu ölkədəki səfiri Ram Emanuel nüvə silahının olmadığı dünyanın qurulması üçün əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma F.Kişidanın R.Emanuellə Hiroşimadakı Sülh Xatirə muzeyində görüşü zamanı əldə edilib. Tərəflər beynəlxalq vəziyyət, o cümlədən Ukraynadakı durumla bağlı fikir mübadiləsi aparıblar.

Yaponiyanın Baş naziri bildirib ki, Rusiyanın nüvə silahından istifadənin mümkünlüyünü bəyan etməsi çox ciddi problemdir. Baş nazir deyib ki, kütləvi qırğın, o cümlədən nüvə silahlarından istifadə yolverilməzdir. Əlavə edib ki, ABŞ və Yaponiya dünyanın nüvə silahından azad edilməsi üçün birlikdə çalışacaqlar.

ABŞ səfiri də ölkəsinin bu məqsədə çatmaq üçün ikitərəfli əlaqələri genişləndirməyə hazır olduğunu bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.