DÜNYA


Yaponiya və ABŞ payızda Hokkaydo adasında təlimlər keçirəcəklər

Tokio, 24 aprel, AZƏRTAC

Yaponiya özünümüdafiə qüvvələrinin hərbçiləri və ABŞ dəniz piyadaları cari ilin sentyabr və oktyabr aylarında Hokkaydo adasında iki həftə davam edəcək birgə təlimlər keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Nikkei” qəzeti aprelin 24-də məlumat yayıb. Təlimlərdə ümumilikdə 4 minədək hərbçinin iştirakı planlaşdırılır ki, bu da onun həmin adanın tarixində ABŞ dəniz piyadaları ilə yapon hərbçilərin birlikdə təşkil edilən ən böyük hərbi təlimləri olacağını təsdiq edir.

Qeyd edilir ki, təlimlərin məqsədi Şərqi Asiya regionunda yarana biləcək təhdidlərə qarşı Yaponiya və ABŞ-ın müqavimətini artırmaqdır.

Xatırladaq ki, Yaponiya və ABŞ hərbçiləri tərəfindən Hokkaydo adasında əvvəlki təlimlər 2021-ci ilin dekabrında keçirilib. Həmin təlimlər vaxtı quruda və dənizdə birgə fəaliyyət, həmçinin aviasiyanın uçuş təlimləri və hərbi helikopterlərin yerdəki hədəfləri vurması məşqləri keçirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.