Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və Müstəqillik Günü Tokioda qeyd olunub VİDEO

Tokio, 27 may, AZƏRTAC

Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və Müstəqillik Günü münasibətilə Tokioda ölkəmizin Yaponiyadakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Tokionun mərkəzində yerləşən “Okura” mehmanxanasında keçirilən qəbulda əsas qonaq qismində Yaponiya parlamentinin müşavirlər palatasının sədri xanım Akiko Santo, Yaponiya xarici işlər nazirinin müavini Taro Honda, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Akira Amari, Tokionun qubernatoru Yuriko Koike, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri Yoşihisa Suzuki, deputatlar, Yaponiyanın bir sıra prefektura və şəhərlərinin qubernatorları və merləri, ictimai-siyasi dairələrin nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, şirkət rəhbərləri, diplomatik korpus və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Yaponiyanın dövlət himnləri canlı olaraq yaponiyalı müğənni Kyoko Yamamoto tərəfindən ifa edilib.

Tədbiri giriş sözü ilə açan səfir Gürsel İsmayılzadə qonaqlara minnətdarlığını ifadə edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişə nail olub. Ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Azərbaycan beynəlxalq tərəfdaşları ilə nəhəng enerji və nəqliyyat layihələri həyata keçirən dünyanın ən rəqabətqabiliyyətli dövlətlərindən birinə çevirilib.

Qeyd edib ki, 2020-ci ilin sentyabr-noyabr aylarında davam edən 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan nəinki öz torpaqlarını azad edib, həm də bir milyona qədər azərbaycanlının tarixi ədalətini, ərazi bütövlüyünü və fundamental hüquqlarını bərpa edərək, BMT Təhlükəsizlik Şurasının qərarlarını həyata keçirib. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafının Azərbaycan hökumətinin əsas prioriteti olduğunu qeyd edib.

Bildirib ki, təbii ehtiyatlarla zəngin Azərbaycan enerji sektorunda regionun əsas oyunçudur. Azərbaycanın enerji sahəsindəki fəaliyyəti ölkəni regional enerji mərkəzinə çevirib. Ölkə nəhəng enerji layihələri vasitəsilə öz neftini və təbii qazını beynəlxalq bazarlara çatdırır, Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Azərbaycan – Yaponiya ikitərəfli münasibətlərinə toxunan səfir 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu xatırladıb. Azərbaycan ilə Yaponiya arasında münasibətlərin ümumi maraqlar, qarşılıqlı anlaşma və hörmət prinsipləri əsasında qurulduğunu və bunun xalqlarımızın mənafelərinə xidmət etdiyini vurğulayıb. Son 30 il ərzində ikitərəfli münasibətlərin bütün səviyyələrində mühüm irəliləyişlərə nail olduğunu, möhkəm siyasi təməl və etimada əsaslanan iqtisadi-ticarət əməkdaşlığının müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Yapon şirkətlərinin 1990-cı illərdə Azərbaycanın enerji layihələrinə sərmayə qoyan ilk şirkətlərdən olduğunu və hazırda da ölkəmizin enerji sektorunda fəal iştirak etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir Azərbaycan və Yaponiyanın kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, nəqliyyat, logistika kimi sahələrdə əməkdaşlıq etmək üçün böyük potensiala malik olduğunu vurğulayıb, son illər ölkələrimizin regionlarının da səmərəli əməkdaşlığa başladığını qeyd edib.

COVID-19 pandemiyası ilə əlaqədar son 2 ildə qarşılıqlı səfərlərin olmadığını qeyd edən səfir cari ayın əvvəlində Azərbaycana səfər etdiyi üçün Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Taro Hondaya səmimi minnətdarlığını bildirib.

Çıxışının sonunda G.İsmayılzadə gələcək illərdə iki dost xalqın daha da yaxınlaşacağına, dostluğun və əməkdaşlığın bir çox yeni sahələri əhatə edəcəyinə əmin olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Yaponiya parlamentinin müşavirlər palatasının sədri xanım Akiko Santo Müstəqillik Günü münasibətilə Azərbaycan rəhbərliyini, xalqımızı təbrik edib. Müstəqilliyin bərpasının ilk illərində Azərbaycanda müəyyən iqtisadi çətinliklər yarandığını qeyd edib, lakin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın durmadan inkişaf etdiyini, çiçəkləndiyini bildirib. Bunun Azərbaycan xalqının yorulmaz səyləri nəticəsində əldə olunduğunu vurğulayıb və Yaponiya dövləti adından səmimi hörmətini çatdırıb.

Xanım Akiko Santo ötən il Vyanada keçirilən Parlament Sədrlərinin V Ümumdünya Konfransında Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarova ilə görüşü xatırlayaraq, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün qadın deputatların bir-biri ilə əməkdaşlıq edəcəyi barədə razılığa gəldiklərini vurğulayıb. Bildirib ki, ölkələrimiz yalnız iqtisadiyyat və enerji sahələrində deyil, həm də mədəniyyət, təhsil, informasiya texnologiyaları kimi müxtəlif sahələrdə də əməkdaşlığı dərinləşdirməlidir.

Hazırda dünyada qarışıqlıq hökm sürdüyünü qeyd edən A.Santo suveren dövlətin işğalının tamamilə bağışlanmaz bir hərəkət olduğunu vurğulayıb. Yarım əsrlik siyasi həyatının təcrübəsindən, dünyanın çiçəklənməsi üçün ən çox azadlıq və demokratiya lazım olduğundan əminliyini ifadə edib. Beynəlxalq asayişin qorunması üçün iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsini səbirsizliklə gözlədiyini bildirib.

Həmçinin dünyada olan 11 iqlim qurşağından 9-nun Azərbaycanda olması, zəngin təbiəti və uzun tarixlə dəstəklənən Ümumdünya İrsinə aid obyektlərin bolluğu ilə Azərbaycanın həyacanverici cazibə ilə dolu olduğunu söyləyib. Hər iki ölkənin mənafeyi naminə əlindən gələni əsirgəməyəcəyini vurğulayaraq, təbriklərini çatdırıb.

Tədbirdə çıxış edən Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Taro Honda, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycanın regionda Yaponiya üçün mühüm tərəfdaş olduğunu vurğulayıb.

Səfir G.İsmayılzadənin tövsiyəsi ilə Azərbaycanda səfərdə olduğunu qeyd edən nazir müavini ölkəmizdə keçirdiyi görüşləri də məmnuniyyətlə xatırladıb.

Yaponiyanın Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş perspektivlər olduğunu qeyd edib. Yaponiya tərəfinin münasibətlərin daha da inkişafı və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib və bundan sonra da həmin istiqamətdə lazımı dəstək verəcəyini vəd edib.

Tədbirdə çıxış edən Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun Yaponiya tərəfindən rəhbəri Akira Amari Müstəqillik Günü və Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, Azərbaycanın regionda Yaponiyanın ən etibarlı tərəfdaşı olduğunu bildirib. Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun ümummilli lider Heydər Əliyevin Yaponiyaya səfəri zamanı yaradıldığını xatırladaraq, həm Ulu Öndər, həm də Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladıb.

A.Amari Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıb. Səfir G.İsmayılzadənin Yaponiyada çalışdığı müddətdə Azərbaycan – Yaponiya ikitərəfli münasibətlərin yüksələn inkişaf yolunda olduğunu vurğulayaraq, iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafı üçün hər zaman olduğu kimi dəstək verəcəyini vəd edib.

Yaponiyanın Azərbaycan ilə münasibətlərə yüksək əhəmiyyət verdiyini, ölkəmizin inkişafı və nailiyyətlərinin Yaponiyada böyük sevinc ilə qarşılandığını bildirən Akira Amari Azərbaycan xalqının şərəfinə badə qaldırıb.

Azərbaycan xalqını böyük bayram münasibətilə təbrik edən Kaişi universitetinin professoru, “ajmedia.jp” saytının baş redaktoru Akira Matsunaqa AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinə bildirib ki, ötən 30 il yapon və Azərbaycan xalqlarının sıx dostluğu və həmrəyliyi ilə tarixə yazılıb: “İki dost ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq xalqlarımızın inkişafına və daha da yaxınlaşmasına səbəb olub. Əgər münasibətlərimizin ilk illərində Azərbaycan Yaponiyada o qədər də tanınmayan ölkə idisə, bu gün, əksinə, ən çox tanınan və böyük marağın olduğu dövlətlərdən birinə çevrilib. Səmimi deyim ki, bu məni çox sevindirir. Bir daha təbriklərimi çatdırır, Azərbaycan xalqına yeni uğurlar arzulayıram”.

Azərbaycan paytaxtı Bakı şəhərində və İsmayıllı rayonunda yapon bağlarının yaradıcısı, “Kosugi Zohen Co.Ltd” şirkətini prezidenti Saki Kosuqi də xalqımıza təbriklərini çatdırıb: “Artıq 30 ildir ki, Yaponiya və Azərbaycan arasında sıx dostluq münasibətləri var. Bu şəxsən məni çox sevindirir. Azərbaycan xalqının həyata keçirdiyi böyük quruculuq və bərpa işlərinə, sürətli inkişafa da çox şadam. Azərbaycanda neçə illərdir çalışan Yaponiya şirkətinin rəhbəri olaraq ölkələrimiz və xalqlarımız arasında mehriban dostluğun daha da inkişaf etməsini arzulayıram. Bütün yaponları bu gözəl ölkəyə səfər edərək onun ecazkar təbiəti ilə, mehriban insanları ilə tanış olmağı tövsiyə edirəm”.

Yaponiyada fəaliyyət göstərən “Jalə Japan” şirkətinin prezidenti, tanınmış caz ifaçısı Kyoko Yamamoto Azərbaycan xalqını təbrik edib: “Artıq 10 ildir ki, Azərbaycanı tanıyıram və ürəkdən sevirəm. Həm təbiətiniz, həm mədəniyyətiniz, həm də çox mehriban insanlarınız məni özünə heyran edib. Mən Azərbaycan ilə həm biznes, həm də mədəniyyət sahəsində əməkdaşlıq edirəm. Düşünürəm ki, hər iki istiqamət xalqlarımızın biri-birinə daha da yaxınlaşmasına, biri-birini tanımasına xidmət edir. Sevinirəm ki, bu böyük işdə mənim də müəyyən qədər əməyim olub. Bundan sonra da dostluğumuzun möhkəmlənməsi üçün var gücümlə çalışacağam. Bayramınız mübarək”.

“Cross Border Clube 3.0” klubunun meneceri və eyniadlı yutub kanalının təsisçisi Kazuyasu İşida da təbriklərini çatdırıb: “Bu gün həqiqətən də böyük bayramdır. Bir yaponiyalı olaraq çox sevdiyim Azərbaycanı, xalqınızı bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Ölkənizin gözəlliklərini, orada yaşayan çox səmimi insanları Yaponiyada tanıtmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm. İstənilən xalqın inkişafı digər xalqlarla dostluq münasibətlərdən, birgə fəaliyyətdən keçir. Dost Azərbaycana yalnız inkişaf, tərəqqi və çiçəklənmə arzulayıram”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və Müstəqillik Günü Tokioda qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib