MƏDƏNİYYƏT
Yaponiya və Azərbaycan musiqiçiləri eyni səhnədə çıxış ediblər
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında Yaponiyanın Bakıdakı səfirliyinin birgə təşkilatçılığı ilə iki ölkənin xalq musiqisindən ibarət konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar. Konservatoriya ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edən səfir muğamı çox sevdiyini diqqətə çatdırıb.
Konsertin birinci hissəsində yaponiyalı, ikinci hissəsində azərbaycanlı musiqiçilər çıxış ediblər. Sonda iki ölkə sənətkarlarının təqdim etdiyi sintez musiqi maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]