DÜNYA


Yaponiya və Çin liderləri dostluq haqqında müqavilənin 40 illiyi ilə əlaqədar bir-birini təbrik ediblər

Tokio, 12 avqust, AZƏRTAC 

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, avqustun 12-də Yaponiyanın Baş naziri Şinzo Abe və Çinin Dövlət Şurasının Baş naziri Li Keçyan iki ölkə arasında dostluq haqqında müqavilənin 40-cı ildönümü münasibətilə bir-birinə təbrik məktubu göndəriblər.

Ş.Abe məktubunda qeyd edib ki, Yaponiya və Çin regionda və dünyada sülhün bərqərar olması və ümumi inkişaf üçün çox böyük məsuliyyəti bölüşürlər. Baş nazir əlavə edib ki, o, beynəlxalq ictimaiyyətin ümidlərini doğruldaraq, iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Ş.Abe, həmçinin yazıb ki, iki ölkə arasında münasibətlərin yeni səviyyəyə qaldırılması üçün cari ildə Çinə planlaşdırılan səfərini səbirsizliklə gözləyir.

Çinin Dövlət Şurasının Baş naziri Li Keçyan isə məktubunda bildirib ki, iki ölkənin mövqelərindəki fərqlərə baxmayaraq, Çin möhkəm, sabit və uzunmüddətli ikitərəfli əlaqələrin inkişafına töhfə verməyə davam edəcək.

L.Keçyan əlavə edib ki, Ş.Abe ilə Pekində tezliklə baş tutacaq görüşü məmnuniyyətlə gözləyir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.