DÜNYA


Yaponiya və Çinin liderləri iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması barədə razılığa gəliblər

Tokio, 12 sentyabr, AZƏRTAC

Yaponiyanın Baş naziri Şinzo Abe və Çinin Sədri Si Cinpin iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün birgə fəaliyyət barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən Şinzo Abe gələn ay Pekinə getmək planını reallaşdırmaq niyyətində olduğunu bildirib. İki ölkənin liderləri Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumu çərçivəsində bir araya gəliblər.

Görüşü şərh edən Ş.Abe deyib: “Yaponiya ilə Çin arasında əməkdaşlığın üfüqləri genişlənir. Hazırda ölkələrimiz arasında münasibətlər normal məcradadır”.

Çinin Sədri Si Cinpin isə bəyan edib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində Çin və Yaponiya öz yollarına qayıdıblar. Biz qarşılıqlı əməkdaşlıq yolu ilə Çin-Yaponiya əlaqələrini genişləndirərək, gələcək inkişafı təmin edəcək möhkəm münasibətlər qurmalıyıq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.