DÜNYA


Yaponiya və Estoniya arasında ikiqat vergitutma aradan qalxacaq

Bakı, 14 sentyabr, AZƏRTAC

Yaponiya və Estoniya arasında imzalanmış vergi sazişi beynəlxalq ticarət əməliyyatlarında və sərmayə qoyuluşunda ikiqat vergitutmanın aradan qaldırılması məqsədini daşıyır və ixrac-idxal əməliyyatlarını, eləcə də investisiya qoyuluşlarını həyata keçirərkən hər iki tərəfin vergi hüquqlarını təsbit edir.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, sazişə uyğun olaraq, dividendlər üçün vergi 10 faiz təşkil edəcək və kapitalın mənşəcə mənsub olduğu dövlətdə ödəniləcək. Altı ay müddətində şirkətin səhmlərinin ən azı 10 faizinə sahib olan vergiödəyicilərinə sıfır dərəcə tətbiq ediləcək.

Yaponiya ilə Estoniya arasında imzalanmış vergi sazişinin, hər iki tərəf təsdiq etdikdən sonra, 30 gün ərzində qüvvəyə minəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.