DÜNYA


Yaponiya və Fransa təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər

Tokio, 21 yanvar, AZƏRTAC

Yaponiya və Fransanın xarici işlər və müdafiə nazirləri iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa və müdafiə naziri Nobuo Kişi ilə fransalı həmkarları Jan İv Lö Druan və Florans Parli arasında onlayn formatda keçirilən görüşdə əldə edilib. “2+2” formatında keçirilən görüşdə Şərqi Çin və Cənubi Çin dənizlərində vəziyyət də müzakirə olunub. Nazirlərin görüşünün nəticəsində tərəflər birgə bəyanatla çıxış ediblər.

H.Yoşimasa Hind-Sakit okean regionunda azad və açıq mühitin yaradılması üçün Yaponiya-Fransa əməkdaşlığının yeni mərhələyə qədəm qoyacağına ümid etdiyini bildirib.

Nazirlər Şərqi Çin və Cənubi Çin dənizlərində status-kvonun dəyişdirilməsi məqsədilə atılan zorakı addımları kəskin tənqid ediblər.

Həmçinin Yaponiya və Fransa silahlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi istiqamətində məsələlərin davamlı müzakirəsi barədə razılıq da əldə olunub.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.