DÜNYA


Yaponiya və Hindistan liderləri ikitərəfli əməkdaşlığı gücləndirməyə çalışırlar

Tokio, 29 oktyabr, AZƏRTAC 

Yaponiyanın Baş naziri Şinzo Abe və hindistanlı həmkarı Narendra Modi oktyabrın 29-da Tokioda 12-ci sammitlərini keçirəcəklər.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, hər iki lider ölkələri arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədirlər.

Oktyabrın 28-də Ş.Abe və N.Modi Yaponiyanın mərkəzi hissəsində yerləşən Yamanaşi prefekturasına səfər ediblər və yapon lider hindistanlı həmkarını doğma Narusava kəndindəki iqamətgahına dəvət edib.

Birlikdə nahar edən liderlər qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə müzakirələr aparıblar. N.Modi Şinzo Abenin evində ilk yüksək səviyyəli qonaq olub.

Hər iki lider ertəsi gün keçiriləcək ikitərəfli sammitdə iştirak etmək üçün bazar günü axşam Tokioya dönüblər.

Oktyabrın 29-da keçiriləcək sammit zamanı Ş.Abe və N.Modinin Hind və Sakit okeanlarında azad və aşkarlıq şəraitində hərəkəti təmin etmək məqsədilə birgə hərbi təlimləri genişləndirmək barədə razılığa gələcəkləri də gözlənilir.

Həmçinin Hindistanın qərbində yüksəksürətli dəmir yolunun çəkilməsinə hər iki hökumətin yardım etməsi üçün razılığın əldə ediləcəyi də nəzərdə tutulur. Hökumətlər arasında həmin dəmir yolu xəttində Yaponiyanın “Şinkansen” superekspresslərinin istifadə edilməsi barədə razılıq artıq əldə edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.