DÜNYA


Yaponiya və İsveç Şimali Koreyaya təzyiqləri davam etdirmək barədə razılığa gəliblər

Tokio, 22 mart, AZƏRTAC

Yaponiyanın və İsveçin xarici işlər nazirləri Şimalı Koreya nüvə silahından imtina istiqamətində konkret addımlar atana qədər bu ölkəyə maksimum təzyiqləri davam etdirmək barədə razılığa gəliblər.

Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, həmin razılıq T.Kono ilə onun isveçli həmkarı Marqot Valstryom arasında baş tutan telefon danışığı zamanı əldə edilib.

Danışıqlar zamanı koreyalararası müzakirələr, ABŞ və Şimali Koreya liderlərinin planlaşdırılan görüşü barədə də fikir mübadiləsi aparılıb.

T.Kono və M.Valstryom belə bir qənaətə gəliblər ki, Şimali Koreya nüvə silahının ləğvi istiqamətində tam, nəzarət olunan və təkrar edilməyəcək addımlar atana qədər Pxenyana təzyiqlər davam etdirilməlidir. T.Kono Şimali Koreya tərəfindən oğurlanan yapon vətəndaşları probleminin tezliklə həlli üçün əməkdaşlıq barədə də M.Valstryoma müraciət edib. İsveçli nazir həmin məsələdə daim dəstək verməyə hazır olduqlarını bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.