DÜNYA


Yaponiya və Rusiya xarici işlər nazirlərinin müavinləri Şimali Koreya məsələsini müzakirə ediblər

Tokio, 19 avqust, AZƏRTAC 

Yaponiya xarici işlər nazirinin müavini rusiyalı həmkarı ilə görüşdə Şimali Koreyanın nüvə və raket proqramlarının dayandırılması üçün bu ölkəyə təzyiqlərin artırılmasının zəruriliyini bildirib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, nazir müavinləri Takeo Akiba və Sergey Ryabkov avqustun 18-də Moskvada görüşüblər.

T.Akiba bəyan edib ki, Şimali Koreya raket və nüvə proqramlarını inkişaf etdirərək yeni səviyyəyə qalxmaqda davam edir. Yapon diplomat qeyd edib ki, Rusiyanın dialoqa üstünlük verməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət Şimali Koreyaya birgə təzyiqlərin göstərilməsini zəruri hesab edir.

Görüş zamanı Rusiya tərəfi ABŞ və Yaponiyanın birgə raketdənmüdafiə sistemləri ilə əlaqədar məsələ qaldırıb. Yaponiya tərəfi bəyan edib ki, bu, regionda təhlükəsizliyin təmin edilməsinə xidmət edir.

Hər iki tərəf etiraf edib ki, həm Rusiya, həm də Yaponiya üçün Şimali Koreyaya münasibətdə təhlükəsizlik məsələləri ilə bağlı danışıqların davam etdirilməsi zəruridir.

Görüşdə tərəflər arasında növbəti danışıqların Tokioda keçirilməsi barədə razılıq əldə olunub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.