DÜNYA


Yaponiya və Yeni Zelandiya Sakit okeanın ada dövlətlərini dəstəkləyəcəklər

Tokio, 15 oktyabr, AZƏRTAC 

Yaponiyanın və Yeni Zelandiyanın xarici işlər nazirləri Sakit okeanın ada dövlətlərinə dəniz təhlükəsizliklərini möhkəmləndirmək məqsədilə yardım göstərmək barədə razılığa gəliblər.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Taro Kono və Uinston Peters arasında danışıqlar oktyabrın 15-də Vellinqtonda baş tutub. Tərəflər arasında razılaşma Çinin Cənub-Çin dənizində fəallığını artırdığı və ərazidə yaratdığı süni adalarda hərbi obyektlər inşa etdiyi dövrə təsadüf edir.

Nazirlər qanunçuluğun və azad naviqasiyanın hökmran olduğu “azad və açıq Hind-Sakit okean regionu” strategiyasına yardım etmək üçün də razılığa gəliblər. Bu məqsədlə tərəflər Sakit okeanın ada dövlətlərinə, həmçinin Çin tərəfindən verilən kreditlər hesabına böyük borca düşən dövlətlərə sahil mühafizəsinin potensialının gücləndirilməsi üçün yardım etmək barədə də razılığa gəliblər.

Birgə mətbuat konfransında çıxış edən T.Kono bəyan edib ki, azad və açıq dəniz qaydaları Asiya-Sakit okean regionunun iqtisadi inkişafı üçün əsas şərtdir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.