DÜNYA


Yaponiyada 115 min sakin daşqınlarla əlaqədar təxliyə göstərişi alıb

Tokio, 26 iyun, AZƏRTAC

Yaponiyanın cənubundakı Okinava adasında yerləşən Urasoe şəhərinin sakinləri leysan yağışlarının yarada biləcəyi torpaq sürüşmələri və daşqınlarla əlaqədar təxliyə göstərişi alıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, yerli sakinlərə məktəblərdə və bələdiyyə müəssisələrində qorunmaq tövsiyə edilir.

Yaxınlaşmaqda olan tufan səbəbindən hazırda Okinava adasına güclü yağışlar yağır. Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, Filippinin şərqində formalaşan tufanın tezliklə Yaponiya istiqamətində irəliləyəcəyi gözlənilir.

Sinoptiklərin proqnozlarına görə, tufan iyunun 27-də axşam saatlarında Yaponiyanın cənub-qərb sahillərinə çatacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.