DÜNYA


Yaponiyada 150-dən çox aviareys “Şanşan” tufanına görə təxirə salınıb

Tokio, 8 avqust, AZƏRTAC

Avqustun 8-də Yaponiyaya yaxınlaşan “Şanşan” tufanına görə ən azı 156 aviareys təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, Yaponiyada sayca “13 nömrəli” adlandırılan “Şanşan” tufanı hazırda paytaxt Tokioya yaxınlaşır.

Yaponiya Meteorologiya Agentliyindən bildirilir ki, paytaxt yaxınlığında yerləşən Çiba prefekturasında 100 mindən çox sakin təxliyə barədə xəbərdarlıq alıb. Onlara təxliyə məqsədilə hazırlanmış xüsusi mərkəzlərə getmək tövsiyə olunub.

Sakit okeandan Yaponiyanın mərkəzi Hönşü adası istiqamətində irəliləyən tufanın avqustun 8-dən 9-na keçən gecə Çiba və İbaraki prefekturalarına çatacağı gözlənilir. Tufanın paytaxta avqustun 9-da günorta saatlarında çatacağı bildirilir. Artıq Çiba və İbaraki prefekturalarında, həmçinin Tokioda aramsız yağışlar başlayıb. Hava şəraitinin pisləşməsi səbəbindən Tokionun mərkəzində təqribən 600 evə elektrik enerjisinin verilişi kəsilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.