DÜNYA
Yaponiyada 2018-ci ildə alpinistlərlə bağlı hadisələrin sayı rekord həddə çatıb
Tokio, 14 iyun, AZƏRTAC
Yaponiyada 2018-ci ildə dağa qalxmağı sevən həvəskar idmançılarla bağlı rekord sayda müxtəlif hadisələr baş verib.
AZƏRTAC xəbər verir ki, Milli Polis İdarəsinin yaydığı məlumata görə, ötən il 3129 nəfər həvəskar alpinist müxtəlif hadisələrlə qarşılaşıb.
Bildirilir ki, bu, 2017-ci illə müqayisədə 18 nəfər çoxdur və həmin statistikanın aparılmağa başladığı 1961-ci ildən bəri ən yüksək göstəricidir.
Polisin bildirdiyinə görə, 60 və daha yuxarı yaşlı həvəskar alpinistlərlə baş verənlər ümumi sayın yarıdan çoxunu təşkil edir.
Bununla yanaşı, həlak olan və ya itkin düşən alpinistlərin sayı 12 nəfər azalaraq 342-yə bərabər olub.
Polis xəbərdarlıq edərək bildirib ki, dağa qalxmaq istəyənlər özləri ilə mütləq müvafiq avadanlıq götürməli və öz fiziki imkanlarını nəzərə almalıdırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]