DÜNYA
Yaponiyada 2018-ci ildə baş vermiş yol-nəqliyyat hadisələrində 3532 nəfər həlak olub
Tokio, 4 yanvar, AZƏRTAC
Yaponiyada ötən il baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı rekord səviyyədə azalaraq 3532 nəfər təşkil edib.
AZƏRTAC xəbər verir ki, Milli Polis İdarəsinin məlumatına görə, bu, 2017-ci ildə həlak olanların sayından 162 nəfər azdır.
Yaponiyanın mərkəzində yerləşən Aiçi prefekturasında yol-nəqliyyat hadisələri zamanı ən çox – 189 nəfərin həlak olduğu bildirilir. Həmin göstərici Çiba prefekturasında 186, Saytamada isə 175 nəfər təşkil edib. Aiçi prefekturasında 2003-cü ildən başlayaraq 16 ildir ki, ardıcıl şəkildə ən çox ölüm hadisəsi qeydə alınır.
Həlak olanların arasında 65 və daha yuxarı yaşlı insanlar 1966 nəfər təşkil edib. Bu, ötən ilki həmin göstərici ilə müqayisədə 54 nəfər azdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]