DÜNYA


Yaponiyada 5,5 bal gücündə zəlzələ olub

Tokio, 15 may, AZƏRTAC

Mayın 15-də Yaponiyanın Okinava prefekturasına daxil olan Amami-Oşima adaları rayonunda 5,5 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların ocağı 30 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.