DÜNYA


Yaponiyada 60 mindən çox mənzil hələ də elektrik enerjisiz qalıb

Tokio, 3 oktyabr, AZERTAC 

Yaponiyada bazar günü ölkənin mərkəzi və şimal ərazilərini ağuşuna alan “Trami” tufanından sonra Hönşü adasında 60 mindən çox mənzil və ev təsərrüfatı hələ də elektrik enerjisiz qalıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, enerjinin verilişi ən tez oktyabrın 4-dən sonra mümkün olacaq.

Elektrik enerjisinin kəsilməsi ən çox 3,8 milyon əhalisi olan Şizuoka prefekturasına ziyan vurub. Burada nasosların işə düşməməsi səbəbindən altı şəhər və qəsəbə içməli susuz qalıb. Həmin rayonlara su sisternlər vasitəsilə daşınır.

Polisin məlumatına əsasən, Şizuoka prefekturasında 600-dən işıqfor işləmir ki, bu yollarda ciddi problemlərə səbəb olur.

Xatırladaq ki, “Trami” tufanı nəticəsində Yaponiyada iki nəfər həlak olub, 170-dən çox xəsarət alan var. Həftənin əvvəllərində təbii fəlakət ölkənin böyük bir hissəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.