DÜNYA


Yaponiyada COVID-19-a yoluxma sayı rekord həddə çatıb

Tokio, 22 noyabr, AZƏRTAC

Yaponiyada noyabrın 22-nə olan son məlumata görə, ölkədə COVID-19-a rekord səviyyədə yoluxma halı qeydə alınıb – 2596 nəfər.

AZƏRTAC xəbər verir ki, ölkənin altı prefekturasında koronavirusdan 12 nəfər həyatını itirib.

Səhiyyə Nazirliyinin nümayəndəsinin məlumatına görə, hazırda ağır vəziyyətdə olan 313 nəfər respirator və intensiv terapiya müalicəsi alır.

Ötən gün paytaxt Tokioda da yoluxma rekord səviyyəyə qalxıb – 539 nəfər. Bu, gündəlik yoluxma sayına görə ən yüksək göstəricidir. Artıq üçüncü gündür ki, Tokioda fasiləsiz olaraq virusa yoluxanların sayı 500 nəfəri ötür. Paytaxt prefekturasında koronavirusa yoluxanların ümumi sayı 37 min 317 nəfərdir.

Ümumilikdə indiyədək Yaponiyada koronavirusa 131 min 663 nəfər yoluxub, 1994 nəfər isə bu virusun qurbanı olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.