DÜNYA
Yaponiyada “Cebi” tufanının nəticələri aradan qaldırılır
Tokio, 6 sentyabr, AZƏRTAC
Yaponiyada “Cebi” tufanının dağıdıcı nəticələrinin aradan qaldırılması davam etdirilir.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində 11 nəfər həlak olub, yüzlərlə xəsarət alan var.
Qasırğa nəticəsində “Kansay” aeroportunun uçuş-enmə zolaqları sıradan çıxıb ki, bu da aviareyslərin təxirə salınmasına səbəb olub. Bu gün Nazirlər Kabinetinin fövqəladə iclasında çıxış edən Baş nazir Şinzo Abe bildirib ki, “Kansay” aeroportunun fəaliyyəti sentyabrın 7-dən bərpa ediləcək. Aeroportun baş direktoru Yoşiyuki Yamaya da deyib ki, ikinci terminal və “B” uçuş-enmə zolağı daha az zərər çəkib və bu obyektlərdə işin qismən bərpa edilməsi mümkündür.
“Cebi” tufanı son 25 ildə Yaponiyaya yaxınlaşan ən güclü qasırğa hesab olunur. Yaponiyanın qədim paytaxtı Kioto şəhərində tufan UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Hişi Honqançi məbədinə ciddi ziyan vurub. Eyni zamanda, tufan ənənəvi teatrın və digər binaların damlarını qoparıb.
Təbii fəlakət ölkənin böyük nəqliyyat arteriyalarının işinə maneə yaratsa da, hazırda sürətli “Şinkansen” qatarlarının hərəkətinin bərpa edildiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]