DÜNYA


Yaponiyada “DSEI-Japan” hərbi texnologiyalar sərgisi açılıb

Yaponiyada “DSEI-Japan” hərbi texnologiyalar sərgisi açılıb

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Yaponiyanın Tiba prefekturasında “DSEI-Japan” hərbi texnologiyalar sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, təşkilatçıların sözlərinə görə, ABŞ, Böyük Britaniya, Türkiyə, Avstraliya və İsrail də daxil olmaqla, sərgiyə dünyanın 24 ölkəsini təmsil edən kompaniyalar öz texnologiyalarını və silahlarını çıxaracaq.

Üç gün davam edəcək sərgi çərçivəsində keçiriləcək konfransın iştirakçıları beynəlxalq təhlükəsizliyin müasir çağırışlarını və yeni hərbi texnologiyaları, həmçinin Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. “DSEI-Japan 2023” Asiya regionunda və onu əhatə edən dənizlərdə təhlükəsizliyin təmin olunması çağırışını qiymətləndirəcək.

2019-cu ildən keçirilən sərgi ilk növbədə Asiya-Sakit Okean regionu istehsalçılarına istiqamətlənir, lakin dünyanın digər ölkələrindən olan kompaniyalar da burada yeni silahlarını, avadanlıqlarını və texnologiyalarını nümayiş etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.