DÜNYA


Yaponiyada “Fuci brilyantı”ndan zövq alırlar

Tokio, 3 yanvar, AZƏRTAC 

Yaponiyanın ən hündür Fuci dağına gələn turistlər “Fuci brilyantı” adlı təbiət hadisəsindən zövq alırlar.

AZƏRTAC xəbər verir ki, bu hadisə Günəşin Fuci dağının arxasından çıxaraq onun zirvəsinə doğru qalxması zamanı müşahidə olunur. Həmin anda dağın zirvəsi qiymətli daş kimi şəfəq saçır. Buradan da “Fuci brilyantı” adı yaranıb.

Həmin təbiət hadisəsini yanvarın əvvəllərində Fucikavaquçiko şəhərindən Günəşin doğması zamanı müşahidə etmək olar.

Havanın soyuq olmasına baxmayaraq, Günəşin zirvəyə çatdığı anı müşahidə etmək üçün səhər saat 8 radələrində buraya çoxlu sayda fotoqraf və turist toplaşır.

“Fuci brilyantı” prosesi Günəş dağı tam işıqlandıranədək - təxminən iki dəqiqə davam edir.

Bu təbiət möcüzəsini yanvarın 10-dək Fuci Motosuko kurortundakı turist mərkəzindən müşahidə etmək olar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.