DÜNYA


Yaponiyada KXDR tərəfindən raket buraxılışı ilə əlaqədar təlimlər keçiriləcək

Tokio, 16 avqust, AZƏRTAC

Avqustun 18-də Yaponiyanın doqquz prefekturasında Koreya Xalq Demokratik Respublikası (KXDR) Quam adası istiqamətində raket buraxacağı təqdirdə fövqəladə vəziyyətlə əlaqədar təcili xəbərdarlıq sisteminin yoxlanması üçün təlimlər keçiriləcək. NHK telekanalının yaydığı məlumata görə, həmin prefekturalar arasında 1945-ci ildə atom bombardmanına məruz qalmış Hiroşima da var.

Təlimlər KXDR-in Quam rayonuna “Xvason-12” raketləri buraxacağı və bu raketlərin Şimane, Hiroşima və Koti prefekturalarının üzərindən uçacağı barədə rəsmi bəyanatından sonra təcili yardım sistemlərinin yoxlanması məqsədilə keçiriləcək.

Təlimlər qeyd edilən prefekturalarla yanaşı, Tottori, Okayama, Yamaquçi, Tokuşima, Kaqava və Ehime prefekturalarında yerləşən yaşayış məntəqələrini də əhatə edəcək.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.