DÜNYA


Yaponiyada Karlos Qonun qaçmasına kömək etməkdə şübhəli bilinənlərə qarşı ittiham irəli sürülüb

Yaponiyada Karlos Qonun qaçmasına kömək etməkdə şübhəli bilinənlərə qarşı ittiham irəli sürülüb

Tokio, 22 mart, AZƏRTAC

Tokio Dairə Prokurorluğu “Renault” – “Nissan” – “Mitsubishi” alyansının direktorlar şurasının sabiq sədri Karlos Qonun Yaponiyadan qaçmasına kömək etməkdə şübhəli bilinən ABŞ vətəndaşları Piter və Maykl Teylorlara qarşı ittihamla çıxış edib.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 22-də Kyodo agentliyi məlumat yayıb. Qeyd edilir ki, həmin şəxslər cinayətkarın ədalət məhkəməsindən yayınmasına kömək etməkdə ittiham olunurlar.

Xatırladaq ki, M.Teylor və P.Teylor Tokio prokurorluğunun sorğusuna cavab olaraq fevralın 2-də ABŞ-dan Tokioya ekstradisiya ediliblər. Bununla yanaşı, yapon tərəfi ABŞ vətəndaşı olan Livan mənşəli Corc Zayekanı da K.Qonun qaçışının təşkilində şübhəli bilir.

İstintaqın bildirdiyinə görə, Maykl Teylor və onun oğlu 2019-cu ilin dekabrında Tokiodakı mehmanxanalardan birində K.Qon ilə görüşüblər. Ev dustaqlığından qaçan K.Qon onlarla birlikdə Osaka şəhərinə yollanıb. Osaka beynəlxalq aeroportuna nəzarət edilməyən yeşikdə keçirilən K.Qon şəxsi təyyarəsi vasitəsilə Türkiyəyə qaçıb. Türkiyədə başqa təyyarəyə minən K.Qon oradan Livana gedib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.