İDMAN


Yaponiyada Milli Olimpiya Komitələrinin Assosiasiyasının Baş Assambleyası davam edir

Bakı, 30 noyabr, AZƏRTAC

Yaponiyanın paytaxtı Tokioda Milli Olimpiya Komitələrinin Assosiasiyasının (MOKA) Baş Assambleyası davam edir.

AZƏRTAC xəbər verir ki, Baş Assambleyada ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin başçılığı ilə nümayəndə heyəti təmsil edir. Heyətdə MOK baş katibinin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və marketinq idarəsinin rəisi Mehman Kərimov yer alıblar.

Noyabrın 29-da keçirilən iclasda açılış nitqi ilə çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Milli Olimpiya komitələrinin nümayəndələrini salamlayıb. O, çıxışında Olimpiya dəyərləri və Olimpiya hərəkatı, Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması və inkişafından danışıb. T.Bax Olimpiya təhsili və idmanın təşviqinin vacibliyini xüsusi vurğulayıb.

Assambleya çərçivəsində "Tokio 2020", "Paris 2024" və "Los-Anceles 2028" Yay Olimpiya oyunlarının Təşkilat komitələrinin nümayəndələrinin çıxışları dinlənilib. "Pekin 2022" Qış Olimpiya Oyunları və "Lozanna 2020" Yeniyetmələrin Qış Olimpiya Oyunları haqqında məruzələr müzakirə edilib.

Noyabrın 30-da assambleya iştirakçılarının “Tokio 2020” Yay Olimpiya Oyunlarının keçiriləcəyi yarış obyektləri ilə tanışlığı nəzərdə tutulub.

Sonda Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.